"Azərbaycan belə mötəbər tədbirə ev sahibliyi etdiyi üçün qürur hissi duyur"

post-img

Bu gün Kristal Zalda Dünya Tekvondo Federasiyasının 50 illiyinə həsr olunmuş 26-cı dünya çempionatı ilə bağlı mətbuat konfransı keçirilib. Gənclər və idman nazirinin müavini Mariana Vasileva dünya çempionatı öncəsi təşkil edilmiş mətbuat konfransında deyib.

O, Təşkilat Komitəsinin dünya çempionatına ciddi hazırlaşdığını və və yarışın unudulmaz olacağını ifadə edib. İlk öncə Dünya Taekfondo federasiyasının prezidentini və qonaqları salamlayan nazirlik rəsmisi deyib: “Bakı, Azərbaycan belə mötəbər tədbirə ev sahibliyi etdiyi üçün qürur hissi duyur. Növbəti günlər ərzində 145 ölkədən gələn 949 taekvondoçu yarışlara qatılacaq. İnanıram ki, doğurdan da unudulmaz və bütün azarkeşlər üçün çox maraqlı bir hadisəyə çevriləcək. Cənab Prezidentin qeyd etdiyi kimi, biz bu il dünya taekvondosunun 50 illiyini qeyd edirik. Ona görə, Azərbaycan üçün böyük şərəfdir, böyük fəxarətdir hissidir ki, biz həmin tədbirlərin mərasimini Azərbaycanda keçiririk. Bildiyim qədər, Təşkilat Komitəsi tədbirin və yarışların yüksək səviyyədə təşkili üçün böyük işlər görür və zəhmət çəkir. Əminəm ki, həmin zəhmət nəticəsində hər birimiz çox maraqlı yarışların şahidi olacağıq”.

Sonda nazir müavini Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi aadından taekvondoçulara uğurlar arzulayıb.

Elçin ABBASOV,
“Xalq qəzeti”

İdman