Kristal Zalda dünya çempionatı öncəsi mətbuat konfransı

post-img

Bu gün Kristal Zalda Dünya Taekvondo Federasiyasının 50 illiyinə həsr olunmuş 26-cı dünya çempionatı ilə bağlı mətbuat konfransı keçirilib. Tədbirdə Dünya Taekvondo Federasiyasının prezidenti Çunqvon Ço, Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov, gənclər və idman nazirinin müavini Mariana Vasileva, azərbaycanlı taekvondoçular Fəridə Əzizova, Ələsgər Əliyev və və digər rəsmi şəxslər iştirak edirdilər.

Tədbirdə çıxış edən Dünya Taekvondo Federasiyasının prezidenti Çunqvon Çu dünya çempionatı ərəfəsində təşkil edimiş mətbuat konfransında deyib ki, o, belə bir mötəbər idman tədbirinin Bakıda keçirilməsindən məmnundur.  O deyib: “Burada olmaq bizim üçün çox xoşdur. Azərbaycan indiyədək bir neçə yarışa uğurla ev sahibliyi edib. Budəfəki turnir Dünya Taekvondo federasiyasının 50 illiyinə təsadüf edir. Sabah isə Azərbaycanda Müstəqillik Günü qeyd ediləcək. Sizin müstəqilliyiniz taekvondodan da qədimdir. Öz səylərimizlə dünyada sülhə də töhfə vermək istəyirik”.

Azərbaycanda taekvondonun sürətlə inkişaf etməsindən söz açan Çunqvon Çu deyib: “2013-cü ildən Bakıya gəlməyə başlamışam. Ölkə sürətlə dəyişir. Prezident İlham Əliyevlə görüşmək şərəfinə də nail olmuşam. Burada taekvondonun inkişafına böyük dəstək göstərilir”.

Dünya çempionatının uğurlu keçəcəyini bildirən Çunqvon Çu sonda görülən işlərə və yüksək səviyyədə təşkilatçılığa görə, Azərbaycan Taekvondo Federasiyasına təşəkkür edib. Gənclər və İdman Nazirliyinin də dəstəyini xüsusi olaraq qeyd etmək istəyini vurğulayıb.

Elçin ABBASOV,
“Xalq qəzeti”

İdman