Bu gün daha 3 cüdoçumuz tatamiyə çıxacaq

post-img

Avstriyanın Linz şəhərində keçirilən Qran-Pri turnirində bu gün 2 çəki dərəcəsində daha 3 cüdoçumuz medallar uğrunda mübarizə aparacaq. 

Kişilərin arasında -73 kiloqram çəki dərəcəsində Rəşid Məmmədəliyev və Nurlan Osmanov, -81 kq çəkidə isə Zelim Tçkayev tatami üzərinə çıxacaqlar.

Qeyd edək ki, dünyanın 72 ölkəsindən 455 idmançının iştirak etdiyi yarışlar mayın 27-də başa çatacaq.

 

Elçin ABBASOV,

“Xalq qəzeti”

İdman