Rusiyaya qarşı sanksiyalar genişləndirilir

post-img

Yaponiya Rusiyaya qarşı sanksiyaları genişləndirib. Bu ölkə Rusiyadakı 78 qrup və 17 fiziki şəxsin aktivlərini donduracaq.

Bunlardan başqa, Rusiyanın 80 qurumuna, o cümlədən hərbi tədqiqat laboratoriyalarına ixracı qadağan edəcək.

Qeyd edək ki, Yaponiya Moskvaya qarşı sanksiyaları genişləndirmək barədə Xirosimada keçirilən G7 sammitindən sonra qərara qəbul edib.

 

Rizvan FİKRƏTOĞLU,

"Xalq qəzeti"

Dünya