Danışılmış oyunların cəzası

post-img

Belə oyunlarda iştirak etmiş 6 futbolçu AFFA İntizam Komitəsi tərəfindən cəzalandırılıb. 

Bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb. 

Belə ki, I Divizionda MO­İK-də çıxış edən Kamil Hüsey­nov, İlham Allahverdiyev, Rüstəm Rüstəmov, Elşən Veysov, ordu klubunun sabiq üzvü Qabil Sabir­li, MOİK-in formasını geyinmiş, hazırda “Araz Naxçıvan”ın qa­pıçısı olan Fərman Bayramovun 2 il müddətinə (1 il 6 ay şərti ol­maqla) futbolla əlaqədar hər hansı fəa­liyyətlə məşğul olmaları qadağan edilib. Onlar yalnız 6 aydan sonra meydana qayıda bilərlər. 

Daha bir nəfər – Samir Hüseynov adlı şəxs isə “danışıqlar”da təşkilatçılıq etdiyinə görə, futbolla bağlı hər hansı fəaliyyətdən ömürlük məhrum edilib.

İdman

About Us

The argument in favor of using filler text goes something like this: If you use arey real content in the Consulting Process anytime you reachtent.

Instagram