Fiziyevin reytinqi – dünya altıncısı

post-img

Yüngül çəkili MMA döyüşçümüz Rafael Fiziyevin öz kateqoriyası üzrə reytinq cədvəlindəki mövqeyi müəyyənləşib. 

Otuz yaşlı azərbaycanlı idmançı 6-cı pillədə qərarlaşıb. Braziliyalı Çarles Oli­veyra yüngül çəki üzrə reytinqə başçılıq edir. İkinci yerin sahibi amerikalı Dastin Poryedir. Bu ilin mart ayında baş tutan döyüşdə ona qalib gələn ABŞ təmsilçisi Castin Geyci isə üçüncü yerdədir. 

Leyla QURBANOVA, “Xalq qəzeti”

İdman