Onur Quluzadə Çində Avropa birinciliyinə hazırlaşır

post-img

Azərbaycan Stolüstü Federasiyasından  "Xalq qəzeti.az"a bildirilib ki, istedadlı stolüstü tennisçimiz Onur Quluzadə növbəti beynəlxalq toplanışa qatılıb. O, seçmə komandanın baş məşqçisi Mixail Timofeyevin rəhbərliyi ilə mayın 21-də Çin Xalq Respublikasında start verilən təlim-məşqlərdə iştirak edir. 

İyunun 11-dək davam edəcək toplanışa qatılmağın əsas məqsədi iyun ayında Xorvatiyada təşkil olunacaq Avropa birinciliyinə hazırlıqdır. 

Qeyd edək ki, qitənin ən istedadlı stolüstü tennisçilərindən sayılan Onur Quluzadə bu ilin mart ayında Antalyada keçirilən dünya seriyalı “WTT Youth Contender” turnirinin qarışıq-qoşa yarışında 3-cü, apreldə Xorvatiyada təşkil olunan “Europe Youth Series” turnirinin komanda yarışında 2-ci, şəxsi və qoşa yarışında isə 3-cü yeri tutub.

“Xalq qəzeti”

İdman