Macarıstanlı gimnasta Bakıda “Shooting Star” mükafatı təqdim olunub

post-img

Bakıda keçirilən bədii gimnastika üzrə 39-cu Avropa çempionatı çərçivəsində “Shooting Star” mükafatı təqdim olunub.

AZƏRTAC xəbər verir ki, Avropa çempionatında xalların hesablanmasını yerinə yetirən “SmartScoring” şirkəti tərəfindən xüsusi hazırlanan mükafat macarıstanlı gimnast Fanni Piqniçkiyə verilib.

Qeyd edək ki, “SmartScoring” şirkəti karyerasında müxtəlif xüsusiyyətlərə görə fərqlənən gimnastları ənənəyə uyğun olaraq təltif edir.

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatının ilk günündə Azərbaycanın gənclərdən ibarət komandası çoxnövçülük və beş topla hərəkətlərdə bürünc medal qazanıb.



İdman