Cüdoçularımızın Antalya sınağı davam edir

post-img

Cüdo üzrə Türkiyənin Antalya şəhərində keçirilən "Böyük Dəbilqə" turniri  Azərbaycan millisi üçün uğursuz startla yadda qalıb. Belə ki, turnirin ilk gündəündə tatamiyə çıxan millimizin səkkiz  idmançısı da mübarizəni medal qazanmadan başa vurub.

Cüdoçularımızdan yalnız 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Nazir Talıbov medal əldə etməyə yaxın olub. Dörddəbir finalda məğlub olan 22 yaşlı cüdoçumu təsəlliverici görüşdə də belçikalı Yorr Verstraetenə uduzaraq, bu  imkanı da əldən verib.

Millinin digər üzvlərindən Yaşar Nəcəfov (66 kq) 1/32 finalda, Kəramət Hüseynov (60 kq) 1/16 finalda, Orxan Səfərov (66 kq) 1/8 finalda mübarizəni dayandırıblar.

Qadın cüdoçular Leyla Əliyeva (48 kq) və Fidan Əlizadə (57 kq) 1/32 final, Könül Əliyeva (48 kq) ilə Gültac Məmmədəliyeva (52 kq) isə 1/8 final səddini keçə bilməyiblər.

Bu gün Azərbaycan millisinin heyətində Hidayət Heydərov (73 kq), Nurlan Osmanov (73 kq), Səid Mollayi (81 kq) və Zelim Tçkayev (81 kq) mübarizəyə qoşulacaqlar.

Qeyd edək ki, "Böyük Dəbilqə" turnirinə yekun vurulacaq.

Elçin ABBASOV,
"Xalq qəzeti"

İdman