Son turda üç şahmatçımız qələbə qazanıb

post-img

Monteneqronun Petrovats şəhərində qadın şahmatçılar arasında keçirilən Avropa çempionatı başa çatıb. Yarışda ölkəmizi 14 iti xanım şahmatçı təmsil edib.

Yarışın son günündə yığma komandanın 12 üzvü mübarizə aparıb. Onlardan yalnız Ülviyyə Fətəliyeva Ləman Hacıyeva və Gülnar Məmmədova öz görüşlərini qələbə ilə bitiriblər.

XI turda Günay Məmmədzadə, Türkan Məmmədyarova, Nərmin Abdinova və Ayan Allahverdiyevanın heç-heçə ediblər. 

Gövhər Beydullayeva, Xəyalə Abdulla, Səbinə İbrahimova, Nazlı Hümbətova və Lalə Hüseynova məğlub olublar.

Xanım Balacayeva və Mələk İsmayıl isə son turda istirahət ediblər.

Qeyd edək ki, yekunda ən yaxşı nəticəyə Gülnar Məmmədova nail olub. Belə ki,  7 xal toplayan şahmatçımız yarışı 21-ci pillədə tamamlayıb.

Elçin AĞAMİRZƏ,
"Xalq qəzeti"

İdman