Millimiz seçmə mərhələnin ilk oyununda məğlub oldu

post-img

Futbol üzrə Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində ilk oyununu keçirib. 

Komandamız səfərdə Avstriyanın qonağı olub. Linz şəhərindəki “Raiffeisen Arena”da oynanılan qarşılaşma meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə bitib. 

Xatırladaq ki, F qrupunun digər matçında Belçika səfərdə İsveçi üç cavabsız qolla üstələyib. Azərbaycan millisi martın 27-də İsveçin qonağı olacaq.

Elçin Abbasov,

"Xalq qəzeti"

İdman