Beynəlxalq Türk Akademiyasının nümayəndə heyəti Qırğız Respublikası Milli Elmlər Akademiyasının prezidenti ilə görüşüb

post-img

Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Qırğızıstana rəsmi səfəri çərçivəsində Qırğız Respublikası Milli Elmlər Akademiyasının prezidenti, akademik Kanatbek Abdrahmatov ilə görüşüb.

"Xalq qəzeti"nə verilən məlumata görə, görüşdə təşkilatlar arasında elmi əməkdaşlığın inkişaf etdirilməsinə dair məsələlər müzakirə olunub.

Görüş çərçivəsində, həmçinin Türk Dünyası Milli Elmlər Akademiyaları Birliyinin 14 aprel 2023-cü il tarixində Almatıda keçiriləcək 6-cı toplantısına hazırlıq işlərinə dair fikir mübadiləsi aparılıb. 

Elm