“Sərhədçi” İdman Mərkəzində, “Sabah” və “AAAF Xırdalan” komandaları arasında Azərbaycan Basketbol Liqasının 23-cü turun açılış oyunu baş tutub. Bu barədə federasiyadan qəzetimizə bildiriblər ki, oyuna üstün başlayan tərəf “AAAF Xırdalan” basketbolçuları olublar. Sonadək üstünlüyü qoruyub saxlayan “AAAF Xırdalan” komandası yekunda rəqib üzərində 84-69 hesablı qələbəyə sevinib.
Oyunun ən məhsuldar basketbolçuları “Sabah BK” komandasından Entoni Patti (20 xal, 12 ribaund ), “AAAF Xırdalan BK”-dan isə Deymon Makdouel ( 28 xal, 5 ribaund ) olublar.
Qeyd edək ki, 23-cü turun digər oyunları ( “NTD BK” – “Olimpik Şəki BK”, “Neftçi İK” – “Sərhədçi PİK”, “Gəncə BK” – “Zirvə Astara BK”) 1 və 2 aprel tarixlərində keçiriləcək
Elçin AĞAMİRZƏ,
“Xalq qəzeti”