Bu gün yağış yağacaq

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən mayın 17-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulaca­ğı, əsasən yağmursuz keçəcə­yi gözlənilir. Lakin gündüz bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Cənub küləyi əsəcək, gün­düz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 9-13°, gün­düz 15-20° isti olacaq. Atmos­fer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət 65-75 faiz olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. La­kin gündüzdən başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə ley­san xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Ha­vanın temperaturu gecə 10-14°, gündüz 18-23° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti olacaq. 

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

Ekologiya