Huawei Watch 4 qandakı şəkər miqdarını ölçə biləcək ilk smart saat ola bilər.
Huawei Watch 4-ü əhatə edən reklam məqsədli posterdə smart saat istifadəçini xəbərdar edir ki, 1 həftəlik monitorinq nəticəsində hiperqlikemiya inkişafının orta riskini təyin edib. Şirkət smart saatdakı bu yeni funksiyanı tibbi institutların iştirakı ilə birgə hazırlayıb. Hazırlanma prosesi çərçivəsində isə qandakı şəkər miqdarının analizi məsələsində 800 min ədəd nümunə tədqiq olunub. Əgər bu funksiya deyildiyi vəziyyətdə reallaşdırılıbsa, deməli Huawei Watch 4 qandakı şəkər miqdarını ölçə biləcək ilk smart saat olacaq.