Ölümsüz canlılar

post-img

Alimlər bioloji cəhətdən ölümsüz olan canlı növləri aşkar ediblər. Bu canlılar digər yırtıcılar tərəfindən hücuma məruz qalmazsa və ya hansısa xəstəlik səbəbindən məhv olmazsa sonsuza qədər yaşaya bilər.

Bu canlılardan biri planar qurd ad­lanır. Bu qurdların iki növü var. Dün­yaca məşhur olan növü isə yastı qurd­dur. Yalnız, hər iki növü tədqiq edən Ingiltərənin Nottingem Universitetinin alimləri aseksual çoxalma (cinsi istək azlığı) yolu ilə onların DNT-sinin ca­van qalma müddətinin daha da uzun olacağı qənaətinə gəliblər. Planari­yalılar dəstəsinə aid olan bu canlılar çoxaldıqları zaman bərpa oluna bilən bol ferment ifraz edir. Fermentlər - zü­lal təbiətli üzvi katalizatorlardır. Canlı orqanizmlərdə gedən bütün biokim­yəvi proseslərdə iştirak edir və həmin prosesləri sürətləndirirlər. 

Buna görə də elm adamları bu canlıların ölməz ola biləcəyini düşü­nürlər.

Digər canlı növü isə hidras adla­nır. Bu yadplanetli görünüşlü məxluq boruvari bədən quruluşuna və ağzının ətrafında çadırlara malik şirin su onur­ğasızıdır.

Planar qurdlar kimi hidralar da bə­dənlərinin hissələrini bərpa edə bilir­lər.

Hidraların ölümsüz olmasının sə­bəbi sonsuza qədər özlərini bərpa edə bilən kök hüceyrələrə malik olmasıdır.

 

F.HÜQUQQIZI, “Xalq qəzeti”

Sosial həyat