Xocalılar ağacəkmə aksiyasında

post-img

Xocalı rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Xocalı rayon təşkilatının və Göygöl Regional Meşə Təsərrüfatı Mərkəzinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Gəncə şəhəri, Hacıkənd qəsəbəsində ağacəkmə aksiyası keçirilib. 

Ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş ümummili lider Heydər Əliyevin əziz xatirəsini yad etmək, təbiətə qayğı hissini təbliğ etmək məqsədilə keçirilən aksiyada Xocalı rayon ictimaiyyətinin nümayəndələri, YAP fəalları və Göygöl Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları iştirak ediblər. Aksiyada ümumilikdə 1650 ədəd göyrüş tingi əkilib.

Qalib BƏYMƏMMƏDOĞLU,

“Xocalının səsi” qəzetinin redaktoru 

Ekologiya