Şillerin ilham mənbəyi – çürük alma

post-img

Böyük alman şairi İohan Fridrix Şillerin şeir yazarkən mütləq masasının üstündə çürük alma olmalı idi. Şair alma qoxusunun onu başqa aləmə apardığını, özünü təbiətin qoynunda hiss etdirdiyini deyirdi. 

Masa üstündə milçək­lər vızıldaşan çürük bir alma və oturub şeir yazan bir şair. Təsəvvür edə bilirsiniz? Bəli, təsəvvür etmək çətindir. Amma Şiller o qədər gözəl poeziya nümunələri yaradıb ki, onun bu qəribəliyini xatırlatmağa, bəlkə də, heç bir ehtiyac yox idi. 

Şiller 1759-cu il noyabrın 10-da Almaniyanın Marbax şəhərində hərbi feldşer Qaspar Şillerin ailəsində dünyaya göz açmışdır. Şairin 1785-ci ildə yazdığı “Şadlığa mədhiyyə” əsərinə sonralar dahi alman bəstəkarı Lüdviq van Betho­ven musiqi bəstələyib. Həmin musiqi əsəri hazırda Avropa İttifaqının rəsmi himnidir.

Dünya