Türkiyə hərbçiləri Kosovoda

post-img

Türkiyə Kosovoya əlavə hərbi kontingentin köçürülməsini başa çatdırıb. 

“Xalq qəzeti” xəbər verir ki, Türkiyə xüsusi təyinatlılarının Kosovodakı münaqişə zonasında yerləşdirilməsi barədə qərar NATO Müttəfiq Qüvvələri Komandanlığının (qərargahı Napolidədir) müraciətinə cavab olaraq qəbul edilib.

Qeyd edək ki, hərbçilər Çorlu vilayətindəki hərbi aerodromdan Priştinaya yola düşüb. Hərbçiləri hava limanında Türkiyənin Priştinadakı səfiri Sabri Tunç Anqılı qarşılayıb. Daha sonra türk hərbçiləri yerləşdirilmə bölgəsinə - Kosovonun şimalındakı "Sultan Murat" kazarmasına yollanıb.

Elşən AĞALAR,

“Xalq qəzeti”

Dünya