Fumio Kişida: Yaponiyanın NATO-ya daxil olmaq planları yoxdur

post-img

Yaponiyanın NATO-ya daxil olmaq planı yoxdur və Şimali Atlantika Alyansının ölkədə nümayəndəliyinin açılması ilə bağlı qərar hələ verilməyib.

TASS xəbər verir ki, bu barədə ölkənin baş naziri Fumio Kişida bildirib.

“Yaponiyanın NATO-ya nə daimi üzv, nə də assosiativ üzv kimi daxil olmaq planları yoxdur. Yaponiyada alyansın nümayəndəliyinin açılmasının mümkünlüyünə toxunan hökumət başçısı qeyd edib ki, bu mövzu müzakirə olunur, lakin “indiyə qədər heç bir qərar qəbul edilməyib”.

Eyni zamanda, o, beynəlxalq nizamın hazırda üzləşdiyi çətin çağırışları nəzərə alaraq, ölkəsinin NATO-ya üzv dövlətlər və onların müttəfiqləri ilə əməkdaşlığı gücləndirməyə davam edəcəyini vurğulayıb.

Bundan əvvəl yerli mətbuat alyansın gələn il Tokioda nümayəndəliyini açmaq niyyətində olduğunu bildirmişdi.

S.ELAY,

"Xalq qəzeti"

Dünya