İraqda bir fransız əsgəri ölüb, bir neçəsi yaralanıb

post-img

Fransa prezidenti Emmanuel Makron İraqın Ərbil şəhəri yaxınlığında baş verən hücumda bir fransız hərbçisinin öldüyünü və bir neçə nəfərin yaralandığını bildirib.

Məlumatı “Anadolu” yayıb. 

Makron X sosial media səhifəsində paylaşdığı açıqlamada Fransa batalyonunun serjantı Arnaud Frionun öldürüldüyünü və “bir neçə həmkarının yaralandığını” bildirib.

O deyib ki, “2015-ci ildən bəri İŞİD-lə mübarizə aparan qüvvələrimizə qarşı bu hücum qəbuledilməzdir”.

O, həmçinin Fransanın İraqdakı hərbi mövcudluğunun tamamilə terrorizmə qarşı mübarizə ilə əlaqəli olduğunu və bölgədə davam edən müharibənin bu cür hücumlar üçün bəraət qazandıra bilməyəcəyini vurğulayıb.

P.ƏMİRCANOV
XQ

 

Dünya