Quraqlıq İspaniyada milyonlarla hektar taxıl məhsulunu məhv edib

post-img

İspaniyada kənd təsərrüfatı sahələrinin təxminən 60 faizi quraqlıqdan təsirlənib. Nəticədə ölkə bir neçə milyon hektar taxıl əkinini itirib.

"Xalq qəzeti" Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə “La Razon” qəzeti məlumat yayıb.

İspaniya Fermerlər və Heyvandarlar Assosiasiyasının (COAG) hesabatına əsasən, isti havalar fonunda İspaniyada 3,5 milyon hektardan çox dənli bitkilər yararsız hala düşüb. Ən çox zərər çəkən Əndəlusiya, Ekstremadura, Kastiliya-La-Mança və Mursiya əyalətləri, Araqon, Kataloniya və Kastiliya və Leon bölgələrinin bir hissəsidir. Orada buğda və arpa məhsulu demək olar ki, tamamilə itirilib.

COAG qeyd edib ki, yağıntıların olmaması səbəbindən Quadalquivir su anbarında suyun səviyyəsi aşağı düşüb. Nəticədə məhsul çatışmazlığı mağazalarda bəzi ərzaq məhsullarının bahalaşmasına səbəb olub.

S.ELAY,

"Xalq qəzeti"

Dünya