Albaniya ruslar üçün vizasız rejimi ləğv edib

post-img

Albaniyanın Rusiyadakı səfirliyindən bildirilib ki, hökumətin 20 aprel tarixli dəyişikliklərinə əsasən, Rusiya Federasiyası vətəndaşları üçün vizasız rejim ləğv edilir. Bundan əvvəl ruslar mayın 1-dən sentyabrın 30-dək ölkəyə vizasız gələ bilərdilər.

“Beləliklə, Albaniya Respublikasına səfər etmək üçün səfərin məqsədinə uyğun olaraq viza üçün müraciət etmək lazımdır”, - diplomatik nümayəndəliyin saytında yerləşdirilən məlumatda deyilir.

Rusiya Səyahət Sənayesi İttifaqının məlumatına görə, Avropa İttifaqının tətbiq etdiyi müxtəlif məhdudiyyətlər fonunda 2022-ci ildə Rusiyadan Avropaya səfərlərin sayı 90% azalıb. Belçika, Danimarka, İslandiya, Latviya, Litva, Hollandiya, Norveç, Polşa, Slovakiya, Finlandiya, Çexiya və Estoniya Rusiyadan müraciət edənlərə turist vizalarının verilməsini dayandıran Avropa ölkələri sırasındadır.

S.ELAY,

#Xalq qəzeti"

Dünya