Məleykə Abbaszadə: İmtahanların onlayn keçirilməsi praktikası artırılır

post-img

Növbəti mərhələdə, ölkədə kompüter və internet olan məktəblərin lisenziyalaşmasının aparılmasından sonra iştirakçı sayı 2000-dək olan imtahanların bu məktəblərdə onlayn şəkildə keçirilməsi nəzərdə tutulur.

Bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycan müəllimlərinin XVI Qurultayında çıxışı zamanı dedi.

M.Abbaszadə vacib hədəflərindən birinin rəqəmsal iqtisadiyyatın tələblərinə uyğun olaraq təhsilalanların səriştələrinin yoxlanılmasıdır: “Bu, təkcə informatika dərslərində rəqəmsal kompetensiyaların deyil, digər fənlərdən də bilik və bacarıqların yeni formatda qiymətləndirilməsini nəzərdə tutur”.

Rizvan FİKRƏTOĞLU
XQ

Təhsil