Avtobusda cibindən bank kartı və sənədlərini çıxarıblar

post-img

Abşeron Rayon Polis İdarəsinə Mehdiabad qəsəbəsi ərazisində marşrut avtobusunda bir nəfərin içərisində bank kartı və sənədi olan pulqabısının, həmin bank kartından isə hesabındakı 310 manatının oğurlanması barədə məlumat daxil olub. 

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Cəlilabad rayon sakini olan qadın müəyyən olunaraq saxlanılıb.  

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Atyalı qəsəbəsində evlərin birindən pul, 2000 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Qobu qəsəbə sakini, əvvəllər məhkum olunmuş O.Orucəliyev müəyyən olunaraq saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

XQ

 

Sosial həyat