DİM sədri: Bu il pedaqoji ixtisaslar üzrə orta bal göstəricisi 343 olub

post-img

2009-cu ildən pedaqoji ixtisaslar üzrə qəbul planı artıb. Bu ilki qəbulun 20 faizini məhz pedaqoji ixtisas təşkil edib. 

Bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycan müəllimlərinin XVI Qurultayında çıxışı zamanı dedi.

M.Abbaszadə bildirdi ki, hələ də müəllim peşəsini qadın işi kimi qəbul edənlər var. Oğlanlar əsasən texnologiya sahəsinə meyl edir. 

DİM sədri qeyd etdi ki, təxminən 5-10 ildən sonra məktəblərdə tədris etdiyi fənni güclü bilən müəllimlər işləyəcək. Onun sözlərinə görə, bu il pedaqoji ixtisaslar üzrə abituriyentlərin orta bal göstəricisi 343 olub və bu, riyazi üsullarla hesablanıb.

Rizvan FİKRƏTOĞLU
XQ



Təhsil