Müqəddəs peşə sahibləri

post-img

Müəllimlər Günü münasibətilə paytaxtın Nəsimi rayonunda keçirilən mərasimdə yeni nəslin bilikli, əxlaqlı və yurdsevər böyüməsində müəllimlərin müstəsna rolu, çətin və şərəfli əməyi qədirbilənliklə qeyd edildi.

Nəsimi Rayon İcra hakimiyyətinə dəvət edilmiş pedaqoji kollektivlərin təm­silçilərini salamlayan icra hakimiyyətinin başçısı Asif Əsgərov onların timsalında ərazidəki təhsil ocaqlarının müəllimlərini peşə bayramı münasibətilə səmimi təb­rik etdi, onlara müqəddəs fəaliyyətlərin­də daha böyük uğurlar arzuladı. 

Rayon rəhbəri bildirdi, Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan­da formalaşdırdığı milli təhsil strategi­yası ölkəni tərəqqi yolu ilə irəli aparan yeni nəslin yetişdirilməsi ilə yanaşı, Qa­rabağı 30 illik işğaldan azad edən qəh­rəman övladların yüksək vətənpərvər­lik dəyərləri ilə tərbiyələndirilməsini də təmin etdi. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın təh­silin çağdaş tələblər əsasında yeniləş­dirilməsinə göstərdikləri yüksək diqqət və qayğı sahənin uğurlarını artırmaq üçün əlverişli şərait yaradıb.

İxtisasca müəllim olan Milli Məclisin deputatı Tamam Cəfərova, YAP rayon təşkilatının sədri Azər Süleymanov, Bakı Musiqi Kollecinin direktoru Nazim Kazımov, Əməkdar müəllim Sevda Qu­liyeva da həmkarlarını bayram münasi­bətilə təbrik etdilər, yeniləşən Azərbay­can məktəbinin uğurlarından, qarşıda duran məsul vəzifələrdən danışdılar.

T.RÜSTƏMLİ
XQ

Təhsil