Danimarkanın Kopenhagen Universitet Kollecinin müəllimləri ADPU-da

post-img

Aprelin 17-də Erasmus+ KA1  müdbadilə proqramı çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Danimarkanın Kopenhagen Universitet Kollecinin (KUK) müəllimləri Lise Halkier və Lotte Klint ilə ADPU-nun Məktəbəqədər fakültəsinin dekanı dosent Nailə Hüseynova və fakültənin müəllimləri, Beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi Nurəngiz Mahmudova və mütəxəssisi Taisa Mamedova arasında görüş keçirilib. 

Görüşün məqsədi ADPU-nun Məktəbəqədər təhsil fakültəsinin fəaliyyəti ilə tanış olmaq və bu fakültədə tədris olunan ixtisaslar üzrə əməkdaşlığın genişləndirilməsi barədə müzakirələr aparmaqdır.

Qeyd edək ki, danimarkalı nümayəndələr həftə ərzində ADPU-nun qonağı olacaqlar və səfər çərçivəsində universitetin müəllim və tələbə heyəti ilə görüşəcək, təlimlər keçirəcək, məktəbəqədər, ibtidai və xüsusi təhsil müəssisələrinə baş çəkəcəklər.







Təhsil