Qırğızıstandakı icmamız beynəlxalq birlikdən Ermənistanın cəzalandırılmasını tələb edir

post-img

Qırğızıstanın paytaxtı Bişkekdə fəaliyyyət göstərən “Azəri” İctimai Birliyi Ermənistan tərəfindən əsir götürülmüş Azərbaycan hərbçilərinə işgəncə verilməsini hiddətlə pisləyib.

Birliyin adından Qırğızıstan ictimaiyyətinə və beynəlxalq təşkilatlara ünvanlanan bəyanatda Ermənistan tərəfindən əsir götürülmüş Azərbaycan ordusunun əsgərləri – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlunun və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlunun Ermənistana əsir düşməsi səbəblərinə aydınlıq gətirilib və onlara qarşı qeyri-insani rəftara diqqət cəlb edilib.

Nəzərə çatdırılıb ki, Ermənistan mühüm beynəlxalq aktlar, o cümlədən Cenevrə Konvensiyası, işgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyalar üzrə öhdəliklərini yerinə yetirmir.

Müvafiq beynəlxalq təşkilatlardan həmin zorakılıq faktının araşdırılması, lazımi hüquqi qiymət verilməsi, Azərbaycan hərbçilərinin dərhal və qeyd-şərtsiz azad edilməsi tələb olunub.

Siyasət