Universitet – sənaye əməkdaşlığı möhkəmlənir

post-img

Azərbaycan Turizm və Menecment Universietetində (ATMU) “Destinasiya menecmenti təşkilatları və turizm informasiya mərkəzləri” nin fəaliyyəti ilə bağlı müzakirə-dərs saatı təşkil olunub. İçərişəhərdəki və Şəkidəki turizm idarələrinin  fəaliyyətinə dair müzakirə-dərs saatı “İçərişəhər” DTMQİ-nin Elmi-mədəni mərkəzində Direktor müavini Səbinə Yadullayeva və ATMU-nun “Menecment” kafedrasının dosenti Arzu  Hüseyn  tərəfindən aparılıb.

“Universitet-sənaye əməkdaşlığı" çərçivəsində keçirilən tədbir  Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU)"Turizm işinin təşkili" ixtisasında təhsil alan 3-cü kurs tələbələri üçün nəzərdə tutulub.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”



Təhsil