Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən növbəti “Açıq qapı” günü keçiriləcək.
“Açıq qapı” günü 28 yanvar 2026-cı il tarixində, saat 10:00-dan 13:00-dək psixoloq və sosial işçilərin iştirakı ilə Bakı şəhəri Xəzər rayonu, Ağdam, Goranboy, Göygöl, Zərdab, İsmayıllı, Qəbələ, Zaqatala, Saatlı, Sabirabad və Hacıqabul rayonlarının qəsəbə və kəndlərində səyyar şəkildə keçiriləcəkdir.
“Açıq qapı” gününün keçirildiyi məkanlar barədə məlumatı almaq üçün aşağıdakı linkə keçid edin.
https://family.gov.az/storage/news/April2025/news_22_os1DwjOV48.pdf

