Gömrük əməkdaşları üçün təlim keçirilib

post-img

Dekabrın 23-də Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün “Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin idxalı, ixracı və tranziti” mövzusunda təlim keçirilib.

Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində reallaşan təlim ekoloji təhlükəsizliyin təmin edilməsi və bioloji resursların qorunması sahəsində gömrük əməkdaşlarının bilik və bacarıqlarının artırılması məqsədilə təşkil olunub.

XQ xəbər verir ki, təlimdə CİTES konvensiyası çərçivəsində icazə və sertifikatların düzgün yoxlanılması, risk indikatorlarının vaxtında müəyyən edilməsi, şübhəli hallara adekvat və çevik reaksiya verilməsi ilə bağlı ətraflı məlumat verilib.

Daha sonra Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin nümayəndələri tərəfindən “Vəhşi heyvanların və yabanı flora nümunələrinin dövlət sərhədindən buraxılış məntəqələrindən keçirilməsi üçün CITES icazənin/sertifikatın verilməsi və yoxlanılması”, “Balıqçılıq və akvakultura sahəsində CİTES icazə və sertifikatların verilməsi, həmin sertifikatların yoxlanılması və nəzarəti” ilə bağlı təqdimatlarlar nümayiş etdirilib.

Yekunda mövzularla bağlı müzakirələr aparılıb və suallar cavablandırılıb.







Sosial həyat