Şamil QURBANOV,
filologiya elmləri doktoru, professor
Milli mətbuatın 3-cü nəşri “Əkinçi” yolunu davam etdirib
...Azərbaycan ziyalılarının maarifçilik ideyaları öz dövründә xalqın mәdәni inkişafında çox böyük rol oynamışdır. Onlar bu ideyaları hәyata keçirmәk üçün dövri mәtbuata әsas vasitәlәrdәn biri kimi baxaraq, onun tәrәqqi etmәsinә çalışırdılar.
H.Zәrdabi cәhalәtә vә avamlığa qarşı mübarizә aparmaqda dövri mәtbuatı әn mühüm bir ideoloji vasitә hesab edirdi. Onun nәşr etdiyi “Әkinçi” qәzeti mәdәniyyәtimizin vә ictimai fikir tariximizin inkişafında yeni bir mәrhәlә olmuş, yeni demokratik ziyalılar nәsli tәrbiyә edib yetişdirmişdir.
“Әkinçi” qәzeti keçәn әsrin axırlarında xalqımızın ictimai hәyatında elә bir mütәrәqqi dönüş yaratdı ki, qәzet bağlandıqdan sonra da ayrı-ayrı maarifpәrvәr ziyalılar onun mübariz ideyalarını davam vә inkişaf etdirmәyә çalışırdılar.
“Әkinçi” qәzetindәn sonra nәşrә başlayan “Ziya” vә “Ziyayi-Qafqaziyyә” qәzetlәri maarif vә mәdәniyyәt mәsәlәlәrinә az-çox fikir versәlәr dә, dövrün siyasi nәbzini tuta bilmәdilәr. Hәr iki qәzetin naşiri vә redaktoru Zaqafqaziya ruhani idarәsinin üzvü Hacı Sәid Әfәndi Ünsizadә olduğu üçün burada din ön plana çәkilәrәk hәr bir ictimai tәşәbbüsә din cәbhәsindәn qiymәt verilirdi. Odur ki, bu illәrdә daha vacib mәsәlәlәrdәn yazan, mütәrәqqi ideyalar tәbliğ edәn bir mәtbuat orqanına ehtiyac hiss olunurdu. Bunu hәr şeydәn әvvәl dövrün ictimai-siyasi hadisәlәrinin özü tәlәb edirdi...
Belә bir mәtbuat orqanının nәşrinә Sәid Ünsizadәnin kiçik qardaşı Cәlal Ünsizadә tәşәbbüs etdi.
Azәrbaycan mәtbuatı tarixindә Cәlal Ünsizadәnin xidmәti az olmamışdır. O, qardaşlarından fәrqli olaraq rus dilindә tәhsil görmüş, rus vә Avropa mәdәniyyәtinә bәlәd olan bir ziyalı idi. O, öz fәaliyyətinin mәhdud vә ziddiyyәtli cәhәtlәrinә baxmayaraq, әsasәn dövrünün qabaqcıl maarif vә mәtbuat xadimi idi. Әslәn şamaxılı olan C.Ünsizadә 1873-cü ildә Şamaxı qәza mәktәbindә Azәrbaycan dili fәnnindәn vә şәriәtdәn dәrs demişdir. Tәxminәn 1876-cı ildә o, Şamaxını tәrk edib Tiflisә köçmüş, uzun müddәt burada maarif vә mәtbuat sahәsindә çalışmışdır.
C.Ünsizadә “Ziya” vә “Ziyayi-Qafqaziyyә” qәzetlәrindә yaxından әmәkdaşlıq etmiş, öz xalqının maarif vә mәdәniyyәtә qovuşması üçün әlindәn gәlәni әsirgәmәmişdir. O, 1882-ci il may ayının 12-dә Qafqaz canişinliyinin baş mәtbuat idarәsinә göndәrdiyi mәktubunda yazırdı: “Әvvәllәr müsәlman məktəblәrindә işlәyәn bir müәllim, indi dә “Ziyayi-Qafqaziyyə” qәzetindә iştirak edәn bir әmәkdaş kimi öz ictimai fәaliyyәtimdә bu xalqlara (Qafqaz xalqlarına – Ş.Q.) yaxın olmuş, onlara bacardığım qәdәr fayda vermәk istәmiş, onların arasında müasir mәdәniyyәt şüalarının yayılmasına kömәk etmişәm. Bunları nәzәrә alaraq mәn bu il sentyabrdan etibarәn aylıq “Kәşkül” (dәrvişlәrin sәdәqә toplamaq üçün gәzdirdiklәri çanta) adlı jurnal çıxarmaq niyyәtindәyәm. Jurnal üç Şәrq xalqlarının dilində: tatar (Azәrbaycan – Ş.Q.), fars vә әrәb dillәrindә çıxacaqdır”.
C.Ünsizadәnin jurnal nәşr etmәk haqqındakı xahişinә hәmin il oktyabrın 22-dә hökumәtin mәtbuat haqqındakı qayda-qanunlarına әmәl etmәk şәrti ilә icazә verildi. Nәhayәt, 1883-cü ilin yanvarında Tiflisdә jurnalın birinci nömrәsi çapdan çıxdı. Bu, Azәrbaycan xalqının tarixindә ilk әdәbi-bәdii jurnal idi. C.Ünsizadә öz jurnalına “Kәşkül” adını iki mәqsәd üçün seçmişdi. Әvvәlәn, “Kәşkül” avam camaatı dünya hadisәlәri ilә tanış etmәk üçün öz çantasında, yәni sәhifәlәrindә geniş vә müxtәlif materiallar dәrc edәcәk, ikincisi, o, elm vә sәnәtin müxtәlif sahәlәrindәn bәhs edәn bir maarif çantası olacaqdır.
Doğrudan da “Kәşkül” әsl elm vә maarif çantası idi. O, öz qarşısına mühüm ictimai mәsәlәlәri işıqlandırmaq, xalqı maarif vә mәdәniyyәtә qovuşdurmaq kimi mәsul vәzifә qoymuşdu. Qәzetdә aşağıdakı şöbәlәr var idi:
I. Daxili şöbә:
1) Ümumiyyәtlә maarifә aid baş mәqalә, vilayәtin müsәlman әhalisinin әdәbiyyatı, sәnayesi, ticarәti vә iqtisadi hәyatı.
2) Dövlәtin vә xarici ölkәlәrin müxtәlif şәhәrlәrindәn mәktublar.
3) Hökumәtin ümumi әmri vә xüsusәn vilayәtә aid qәrarlar.
II. Tarixi vә siyasi şöbә. Dahi şәxslәr vә tarixi hadisәlәr haqqında mәlumat, Rusiyanın vә xarici dövlәtlәrin müasir siyasәtlәrinә dair mәqalә.
III. Savadlı vә savadsız xalqların adәt vә әnәnәlәri.
IV. Tәnqid vә mәtbuat xülasәsi.
V. Pedaqogika.
VI. Tibbә dair mәqalәlәr, hәkim mәslәhәtlәri.
VII. Şeirlәr.
VIII. Müxtәlif materiallar.
IX. Aylıq mәlumat. Müsәlman vә rus tәqvimlәrinә mәxsus mәlumatlar.
X. Müsәlmanlar üçün çәtinlik törәdәn rus söz vә terminlәrinin izahı.
XI. Elanlar.
C.Ünsizadә jurnalda iştirak edәcәk maarifpәrvәr ziyalıları əvvәlcәdәn müәyyәnlәşdirmiş vә onlarla razılığa gәlmişdi. “Kәşkül”ün mәramnamәsi vә müxbirlәri haqqında “Ziyayi-Qafqaziyyә” qәzetinin 1882-ci il 32-ci nömrәsindә verilәn bir mәlumatdan aydın olur ki, jurnalda aşağıdakı şәxslәr iştirak edәcәkdir: H.Zәrdabi, S.Ә.Şirvani, “Yuridiçeskoe obozreniye” jurnalının redaktoru Stepanov, Tiflisin mәşhur hәkimlәrindәn Babua, Tiflis Maarif Mәclisinin keçmiş rәisi Burseladze, Qori Seminariyasındakı Azәrbaycan şöbәsinin müfәttişi Çerniyayevski, Rәşid Axundov (M.F.Axundovun oğlu) vә başqaları.
“Kәşkül”ün Bakı, Quba, Qarabağ, İrəvan vә sair yerlәrdә müvәkkillәri var idi ki, bunlar da oxucularla әlaqә saxlamağa kömәk edirdi.
“Kәşkül”ün toxunduğu mәsәlәlәr çox geniş vә müxtәlif idi. Orada xalqın ehtiyaclarından, geridә qalmasından bәhs edәn materiallarla bәrabәr, әdәbiyyat, incәsәnәt, elm, maarif, iqtisadiyyat vә sair mәsәlәlәrә dair yazılmış nәzәri vә publisist mәqalәlәr, teatr resenziyaları, orijinal bәdii parçalar, rus, Avropa vә Şәrq әdәbiyyatından tәrcümәlәr dә dәrc edilirdi. Bununla yanaşı, o, “Әkinçi” qәzetinin әnәnәlәrini qismәn davam etdirәrәk xalqı maariflәndirmәk, uşaqları yeni ruhda tәrbiyә edib yetişdirmәk mәsәlәsinә xüsusi әhәmiyyәt verirdi. “Kәşkül”dә dәrc olunan bәdii parçalar, nәzәri vә publisist mәqalәlәr nәticә etibarı ilә maarifin tәbliğindәn uzağa gedә bilmirdi.
“Kәşkül”ün әtrafına toplaşmış maarifpәrvәr ziyalılar xalqın geridә qalmasının әsas sәbәbini savadsızlıqda görür vә belә güman edirdilәr ki, әgәr xalq savadlanıb maarif vә mәdәniyyәtә yiyәlәnәrsә, fanatizmin törәtdiyi faciәlәrdәn tezliklә yaxa qurtara bilәr.
Bu mәsәlәni geniş surәtdә tәbliğ etmәk üçün ayda bir dәfә nәşr olunan bir jurnal kifayәt deyildi. Bunu C.Ünsizadәnin özü dә hiss etmişdi. O deyirdi ki, xalqın mәdәni sәviyyәsini yüksәltmәk üçün bir jurnal bәs elәmәz, bir neçә jurnal vә qәzetin nәşr olunması vacibdir. Odur ki, C.Ünsizadә jurnalın tәsir dairәsini genişlәndirmәk üçün onu hәftәdә bir dәfә nәşr etmәk qәrarına gәlәrәk, bu haqda 1883-cü ilin oktyabrında Baş mәtbuat idarәsinә müraciәt etdi. 1884-cü ilin fevralında ona jurnalı hәftәdә bir dәfә çıxarmaq icazәsi verildi. Lakin bu zaman “Ziya” mәtbәәsinin Şamaxıya köçmәsi “Kәşkül” jurnalının nәşrini çәtinlәşdirdi. Çünki “Kәşkül” “Ziya” mәtbәәsindә çap olunurdu. Buna görә dә C.Ünsizadә yenidәn Baş mәtbuat idarәsinә müraciәt edib “Kәşkül”ü hәftәlik jurnal yox, qәzet şәklindә nәşr etmәyә icazә verilmәsini xahiş etdi.
Belәliklә, “Kәşkül” jurnalının 11 nömrәsi çıxdıqdan sonra, 1884-cü ildәn 12-ci nömrәsindәn etibarәn hәftәlik qәzet kimi nәşr olunmağa başladı. Jurnalın vә qәzetin ideya istiqamәti tamamilә eyni idi. Onları bir-birindәn fәrqlәndirәn yalnız bir sıra nömrәlәrin hәcmcә böyük olması idi. Buna görә dә “Kәşkül” qәzeti dedikdә, hәm jurnalı, hәm dә qәzeti nәzәrә almaq lazımdır.
“Ziya” mәtbәәsi Şamaxıya köçdukdәn sonra “Kәşkül” mәtbәә böhranı keçirmәyә başladı. O, bir müddәt ayrı-ayrı xüsusi mәtbәәlәrdә çap olunurdu.
C.Ünsizadə 1887-ci ildә xüsusi “Kәşkül” mәtbәәsi tәşkil etdikdәn sonra qәzetin işi bir qәdәr yaxşılaşdı. Bu mәtbәә o dövrdә bir çox elmi vә bәdii kitabların çap olunmasında da böyük rol oynamışdır. Füzulinin “Leyli vә Mәcnun” poeması ilk dәfә rus dilindә “Kәşkül” mәtbәәsindә kitabça halında buraxılmışdı. “Kәşkül” mәtbәәsi qәzetin tirajının artmasına da tәsir göstәrirdi. 1887-ci ildәn sonra qәzetin tirajı, arada ayrı-ayrı nömrәlәri istisna edilәrsә, 488-500 nüsxədən az olmamışdır. Lakin qәzetin tirajı hәmişә bir sәviyyәdә olmurdu, tez-tez artır vә ya aşağı düşürdü. Mәsәlәn, 1886-cı ildә qәzetin 60 nüsxә tirajla çıxan nömrәlәri dә olmuşdur. “Kәşkül” qәzeti daim maddi cәhәtdәn korluq çәkirdi. O, hәmişә abunәçiyә möhtac idi.
“Kәşkül”ün ilk nömrәlәrindәn başlayaraq, mürtәce dairәlәr tәrəfindən hәmişә ona tәzyiq göstәrilirdi...
Qәzetә edilәn hücumlar vә senzur komitәsinin ciddi nәzarәti “Kәşkül”ün nәşrinә mane olurdu. Senzur komitәsi hәr dәfә qәzetdәn mәqalәlәr çıxarıb saxlayır vә onun nәşrini hәr vәchlә lәngidirdi. “Kәşkül”ün ildә 42 nömrәsi çıxmalı idi, lakin 17-18 nömrәsi ancaq çıxırdı. Hәtta 1891-ci ildә onun cәmi 5 nömrәsi çıxmışdır...
C.Ünsizadә “Kәşkül” qәzetinin ağır vәziyyәtә düşmәsini millәt nümayәndәlәrinin mәtbuata olan etinasızlığında görürdü. Bir qәdәr sonra biz qәzetdә onun yenә acı şikayәtinә rast gәlirik: “Hәrgah bu halda bizim oxumağa meyl vә rәğbәtlәri olan qardaşlarımız bu yolda dәxi kisәlәrinin ağızlarını açmış olsaydılar vә hәr il bir üç-dörd manat fәdakarlıq edәr idisәlәr, o vaxt bu yazıq “Kәşkül” dә nәinki hәftәdә bir dәfә, bәlkә gündә bir dәfә ortaya çıxardı”.
C.Ünsizadә qәzetin müntәzәm çıxması üçün qarşıya çıxan maneәlәri aradan qaldırmaqda çәtinlik çәkirdi. Senzur komitәsi qәzeti tamam bağlamaq üçün daim bәhanә axtarırdı, hәtta qәzetin proqramı әsasında müntәzәm çıxmadığı haqqında dәfәlәrlә hökumәt idarәlәrinә mәlumat verilmişdi.
Tәsadüfi bir hadisә qәzeti tamamilә bağlamaq üçün senzur komitəsinә imkan verdi.
Qәzetin 1891-ci ildә çıxan 121-ci nömrәsindә C.Ünsizadә әvәzinә səhv olaraq mürәttib Mustafa Sultanovun imzası getmişdi. Qәzeti saxlamaq mümkün olmadığına görә o, elә bu şәkildә abunәçilәrә göndәrilmişdir. Senzur komitәsi bu tәsadüfi hadisәdәn istifadә edәrәk, “redaktorun öz vәzifәsinә etinasız münasibәtinә” görә qәzeti, 1891-ci ildә 123 nömrәsi çıxdıqdan sonra tamamilә bağladı.
“Kәşkül” öz ideya istiqamәtinә, işıqlandırdığı mәsәlәlәrin әhәmiyyәtinә görә “Әkinçi” qәzetinә çox yaxın idi. O, din xadimlәrinin təsirindən tamamilə uzaq olmasa da, “Əkinçi”nin ideyalarını davam etdirərək, köhnə adət və ənənələrin, Şərq despotizminin əleyhinə çıxır, xalqı maarif və mədəniyyətə qovuşdurmağa çalışır, rus və Avropanın mәdәni nailiyyətlәrini tәbliğ edirdi.
“Kəşkül” qəzetinin әtrafına toplanmış maarifçi ziyalılar xalqın tәrәqqisi üçün maarif vә mәdәniyyәtin inkişafına böyük fikir verirdilәr. Qəzet, özü yazdığı kimi “maarif və elm, tərəqqi və təqəddüm” şüarı altında fəaliyyət göstərirdi.
Qәzetin mühәrrirlәri hiss edirdilər ki, xalqın mədəni səviyyəsini yüksəltmək üçün birinci növbədə mövcud məktəbləri yenidən qurmaq lazımdır. Onlar o zamankı məktəblərin vəziyyətini “hali-fəlakәt” adlandıraraq yazırdılar: “Dünyada ismi var, cismi yox bir şey var isə o da bizim məktəblərimizdir. Zira məktəb və təlimxana bir növ “insan fabrikası” deməkdir ki, bir qapısından daxil olan tifili-cahil o biri qapısından “insan-kamil” olmaqla ortaya çıxır”.
Bu fikir qəzetin dini məktəbləri yox, xalq məktəblərinə böyük əhəmiyyət verdiyini sübut edir... Qəzet nə yolla olur-olsun, xalqı maarifləndirməklə onu avamlıqdan, cəhalət girdabından qurtarmağa çalışırdı...
Xalqın maariflәnmәsi sahәsindә “Kəşkül”ün tutduğu mövqe mütərәqqi idi. O, gәlәcәkdә xalqın xoşbәxt olması üçün onun uşaqlarına әvvәlcәdәn yaxşı tәlim verilmәsi mәsәlәsini irәli sürürdü...
Qәzetin maarifpәrvәr mühәrrirlәri onun sәhifәlәrindә göstәrirdilər ki, hazırda “mәsәleyi-mühümdәn biri tәrbiyeyi-övlad mәsәlәsidir”.
“Kәşkül” qәzeti tәlim-tәrbiyә mәsәlәlәrindәn danışarkәn dünyəvi elmlәrin vә mәdәni xalqların dillәrinin, birinci növbәdә isə rus dilinin tәdrisinә böyük әhәmiyyәt verirdi. Dövrün maarifpәrvәr ziyalıları başa düşürdülәr ki, әgәr xalq rus dilini öyrәnәrsә, o zaman bu dil vasitәsilә rus vә Avropa mәdәniyyәtinә daha tez yiyәlәnәr, öz gerilik sәbәblәrini başa düşәr vә bunun әlacına çarә tapar...
“Kәşkül” qәzetinin әtrafına toplanmış maarifçilәr uşaqların savadlanması üçün birinci növbәdә dәrs vәsaitinin vacib olduğunu da söylәyirdilәr. Onlar qәzetin sәhifәlәrindә çıxış edәrәk hәmvәtәnlәrinә deyirdilәr ki, “nifar vә şәqqaqi bәrtәrәf edib vә әl-әlә verib gözlәrimizin nuru övladlarımızın tәlim vә tәrbiyәsi” üçün lazım olan dәrsliklәr hazırlayaq.
“Kəşkül” mәtbәәsindә rus vә Azәrbaycan dillәrindә tez-tez elmi vә bәdii kitablarla bәrabәr, dәrs vәsaiti dә çap olunurdu. Çerniyayevskinin S.Vәlibәyovla birlikdә yazdığı “Vәtәn dili” adlı kitabı, Cәlal Ünsizadә vә N.K.Pomartsevin birlikdә tәrtib etdiklәri “Müәllimi-lisani-rus” adlı üç hissәdәn ibarәt dәrs vәsaitinin birinci hissәsi bu mәtbәәdә çap olunmuşdur.
“Kәşkül” qәzeti bütün fәaliyyәti boyu köhnә adәt vә әnәnәlәrin әleyhinә çıxaraq tәlim-tәrbiyәnin Avropa sayağı yenidәn qurulmasını qızğın tәbliğ edirdi. Qәzetdә bu ideyanı tәbliğ edәn publisist yazılarla bәrabәr bәzәn şeir dә verilirdi.
“Kәşkül” qәzeti ana dilinin tәdrisini hәmişә ön plana çәkmişdi. Qәzet bütün fәaliyyәti әrzindә әdәbi dilimizin saflığı uğrunda çalışmış, oxucularında ana dilinә mәhәbbәt hissi aşılamışdır. C.Ünsizadә hәlә qәzetin nәşrinә başlamazdan әvvәl yazırdı ki, “Kәşkül” azәrbaycanlıların “söylәyib danışdığı dildә” nәşr olunacaqdır.
“Kәşkül” sonralar da onun fars dilindә çıxarılmasını tәlәb edәnlәrә deyirdi ki, “bizә mәktub yazan dostumuz bunu düşünmәlidir ki, türklәr (azәrbaycanlılar – Ş.Q.) farsca bilmәzlәr. Qәzetin sadə azәrbaycanca tәb’ vә nәşr olunması faydalıdır”.
Bu prinsipә qәzet axıra kimi әmәl etmişdi. Ona görә dә “Kәşkül”ün dili özündәn әvvәlki qәzetlәrin, xüsusәn “Ziya” vә “Ziyayi-Qafqaziyyә” qәzetlәrinin dilindәn fәrqlәnirdi. O, belә bir ideyanı tәbliğ edirdi ki, insan birinci növbәdә öz ana dilini mükәmmәl öyrәnmәlidir. Çünki “tәcrübә olunmuşdur ki, insan öz dilini nә qәdәr bilmiş olsa başqa dillәri dә bir o qәdәr bilәcәkdir”.
“Kәşkül” qәzetinin 1890-cı il 115-ci nömrәsindә “Azәrbaycanlı” imzası ilә “Avam gәzmәk yuxu yatmaqmı dedin?” adlı bir felyeton dәrc olunmuşdur. Bu felyeton onun mühәrrirlәrinin millәt haqqındakı tәsәvvürlәrini müәyyәn etmәk üçün çox xarakterikdir. Hәmin felyeton Tiflis vağzalında rastlaşan bir azәrbaycanlı ilә bir nәfәr әcnәbi arasındakı mükalimәdәn ibarәtdir. Hәr şeylә maraqlanan әcnәbi azәrbaycanlıdan soruşur:
“– Sәn nә millәtdәnsәn?
– Müsәlmanam.
– Xeyr, mәn soruşdum nә millәtdәnsәn?
– Müsәlmanam, deyirәm.
– Әfәndim, millәt ayrı, din ayrı. Bildim dininiz islamdır, ancaq istәyirәm bilәm millәtiniz nәdir?
Bu suala nә cavab verim? Bilirәmmi mәn hansı millәtdәnәm? Bizim molla, ya bizim axund görәsәn bilirmi?
Keçi saqqal әcnәbi kiridiyimi görüb başladı:
– Әfәndim, әrәb, fars, türk, hind, әfqan vә qeyri bunların hamısı islamdırlar. Ancaq hәr birisinin millәti ayrıdır. Mәn özüm katolik dinindәnәm, ancaq millәtim italyandır.
– Doğru buyurursunuz, әfәndim, ancaq eyib dә olsa gәrək dürüşt ərz edim, mәn bilmirәm ki, mәn nә millәtdәnәm.
Әcnәbi azәrbaycanlını başa salır ki, onun milliyyәti azәrbaycanlıdır.
– Әfәndim, bizә nә millәt buyurdunuz?
– Azәrbaycan millәti, әzizim, Azәrbaycan.
– Hәqiqәt, әvvәl dәfәdir ki, eşidirәm bizә Azәrbaycan deyirlәr. Eşitmişәm ki, İranda, Arazın o tayında bir Azәrbaycan adlı mәmlәkәt var.
– Bәli, o mәmlәkәtin tayfası siz ilә birlikdә Azәrbaycan millәtidir. Siz qәdim tayfasınız. Sizin tarixnamәlәrdә neçə-neçә hekayәlәriniz var... Tәәccüblüdür ki, sizin bu әhvalatlardan xәbәriniz yoxdur”.
Göründüyü kimi, mәqalә müәllifi “millәt ayrı, din ayrı” demәklə, millәtin artıq yaranmasına işarә edir. “Kәşkül”dәn әvvәl biz belə fikrә rast gәlmirik. “Ziya” vә “Ziyayi-Qafqaziyyә” qәzetlәrində “Azәrbaycan” sözü ancaq coğrafi mәnada işlәdilmişdi.
“Kәşkül” qәzeti bәdii әdәbiyyat mәsәlәlәri ilә müntәzәm mәşğul olurdu. Qәzetdә әdәbiyyata aid ayrıca şöbә açılmışdı. Burada әdәbiyyat mәsәlәlәri işıqlandırılırdı. Qәzetin sәhifәlәrindә yerli hәyatı әks etdirәn realist әdәbi әsәrlәr çap olunurdu. “Kәşkül” keçәn әsrin sonlarında Azәrbaycan realist әdәbiyyatının inkişafında müәyyәn müsbәt rol oynamışdır…
“Kәşkül” qәzeti әdәbiyyat vә mәdәniyyәtin demәk olar ki, bütün sahәlәrinә toxunmuşdur. Onun sәhifәlәrindә irihәcmli poemalar, sәhnә әsәrlәri, rus, Avropa vә Şәrq әdәbiyyatından tәrcümәlәrlә bәrabәr, lirik şeirlәr, nikbin ruhlu qәzәl vә qәsidәlәr, uşaq şeirlәri, teatr resenziyaları da dәrc edilirdi.
“Kәşkül” qәzetinin әdәbiyyat sahәsindәki fәaliyyәti Azәrbaycan realist yazıçılarının әsәrlәrini dәrc etmәklә mәhdudlaşmırdı. O, rus vә Avropa әdәbiyyatının, qardaş xalqlar әdәbiyyatının Azәrbaycanda tәbliği ilә müntәzәm mәşğul olurdu. O, keçәn әsrdә Azәrbaycan oxucularını ilk dәfә Avropa әdәbiyyatının klassik әsәrlәri ilә tanış etmәyә başladı.
Qәzetin bәdii tәrcümә sahәsindә әn fәal mühәrrirlәrindәn biri olan G.Kәngәrlinski “Kәşkül”dә dәrc etdirdiyi mәqalәsindә realist әdәbiyyata daha çox fikir vermәyi tәlәb edirdi...
Qәzet bәdii tәrcümә sahәsindә getdikcә geniş fәaliyyәt göstәrәrәk onu daha da inkişaf etdirmişdir. Hüqonun
Gördüm gәzinir çәmәndә canan
Zülfü dağınıqdı, pay üryan –
beytilә başlanan şeiri, Şillerin “Mәkr vә mәhәbbәt” әsәri, “Qanlı gecә” adlı roman ilk dәfә Azәrbaycan dilindә “Kәşkül”ün sәhifәlәrindә dәrc olunmuşdur…
Azәrbaycan vә Şәrq әdәbiyyatı klassiklәrini qeyri-Azәrbaycan oxucularına tanıtmaq üçün “Kәşkül”ün fәaliyyәti böyük idi. Qәzet hәmin klassiklәrin şeirlәrindәn tәrcümә elәdiyi parçaları orijinalı ilә birlikdә öz sәhifәlәrindә dәrc edirdi. Qәzetin bu tәşәbbüsünә o zaman Tiflisdә sürgündә olan Ukrayna yazıçısı N.İ.Qulak da qoşulmuş vә bir sıra faydalı işlәr görmüşdür. Şәrq dillәrinә, o çümlәdәn Azәrbaycan dilinә yaxından bәlәd olan Qulakın tәrcümәçilik fәaliyyәti “Kәşkül” qәzeti ilә mәhdudlaşmır. O, hәlә 1882-ci ildә M.F.Axundov komediyalarını alman dilinә tәrcümә etmişdir.
C.Ünsizadә ilә әlbir işlәyәn N.İ.Qulak Füzulinin “Leyli və Mәcnun” poemasını 1887-ci ildә ilk dәfә rus dilinә tәrcümә etmiş vә “Kәşkül” mәtbәәsindә ayrıca kitabça şәklindә buraxmışdı. “Kәşkül”ün әtrafına toplanmış mütәrәqqi ziyalılar keçәn әsrdә Azәrbaycan әdәbiyyatı tarixindә tәrcümә işini xeyli inkişaf etdirmişlər.
“Kәşkül” qәzeti әdәbiyyatımızın başqa bir sahәsinә – teatr resenziyasına da biganә qalmamışdır… 1887-ci ildә M.F.Axundovun Tiflis hәvәskarları tәrәfindәn tamaşaya qoyulan “Müsyo Jordan vә Dәrviş Mәstәli şah” komediyası haqqında dәrc olunan mәqalә bir teatr resenziyası kimi çox maraqlıdır.
Redaksiya hәmin resenziyanın axırında belә bir qeyd vermişdir: “Tamaşaçılarımız teatr elminә nә qәdәr hazırlaşmış isәlәr, oyunçularımız da onları ancaq o dәrәcәdә mәmnun edә bilәrlәr. Yoxa lәnәt demәyiblәrmi?”.
“Kәşkül” qәzeti keçәn әsrin axırlarında nәşrә başlayaraq, tәxminәn, 9 il fәaliyyәt göstәrmişdir. Bütün bu müddәt әrzindә o, elm vә sәnәtin müxtәlif sahәlәrinin tәbliği ilә, rus vә Avropa mәdәni nailiyyәtlәrinin Azәrbaycanda yayılması ilә mәşğul olmuşdu. Bununla bәrabәr, o, dövrünün dini tәsirindәn tamamilә uzaqlaşa bilmәmişdi. Bәzәn onun sәhifәlәrindә din xadimlәrinin, mürtәce ünsürlәrin, köhnә әdәbi cәrәyan nümayәndәlәrinin çıxışlarına da rast gәlirik. Lakin bunlar onun mütәrәqqi ideyasına, mәfkurәvi istiqamәtinә ciddi tәsir göstәrә bilmәmişdir. “Kәşkül” qәzeti xalqımızın tarixindә böyük bir sәhifә açmışdır.
BDU-nun İctimai elmlər seriyası, № 5, 1961