“Kiçik akademiya”ların dairəsi böyüyür

post-img

Paytaxtdakı ümumi təhsil müəssisələrində “Kiçik akademiya”ların fəaliyyətinin genişləndirilməsi ilə bağlı aksiyalara start verilib. Bu məqsədlə “Kiçik akademiya”lar daxilində həyata keçirilən işlərlə bağlı konfrans, seminar, dəyirmi masa və sərgilər keçiriləcək.

Bu barədə mətbuata Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. “Kiçik akademiya” daxilində “Uşaq və gənclərin milli-mənəvi dəyərlərə bağlılıq və azərbaycançılıq məfkurəsi ruhunda tərbiyəsi” mövzusunda tədbirlərin, “Kiçik akademiyaların böyük dahiləri” adlı robototexnika, proqramlaşdırma və texnologiya sahələrinə dair müxtəlif müsabiqələrin, şagirdlərdə liderlik, tənqidi düşüncə, problem həlletmə, kommunikasiya bacarıqlarını inkişaf etdirmək üçün təlim və simulyasiya proqramlarının təşkili nəzərdə tutulur.

Həmçinin “Gələcəyin startapçısı” adlı ideya müsabiqəsinin, “EkoDostlar” layihəsinin, “Gənc tədqiqatçılar forumu”nun, “Uşaq teatrı” proqramının, “Açıq elmi gün” - valideynlər və icma üçün təqdimat sessiyalarının, “Kiçik akademiyaların böyük dahiləri” adlı II ümumşəhər konfransının keçirilməsi planlaşdırılır.

Bundan əlavə, “Akademik mentorluq proqramı”nın, kibertəhlükəsizliklə bağlı praktiki sessiyaların təşkili, “Elm aylığı” adlı aylıq qəzetin hazırlanması da nəzərdə tutulur.

XQ

Sosial həyat