Aprelin 26-da “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Yüksəliş” müsabiqəsinin qalibləri, finalçıları və yarımfinalçıları arasında “Yüksəliş — Beşinci element” adlı intellektual yarış keçirilib.
Əvvəlcə “Yüksəliş” müsabiqəsinin 5 illik fəaliyyətini və əldə olunan nailiyyətləri əks etdirən qısa videoçarx nümayiş olunub. Daha sonra gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin işçi qrupunun rəhbəri Fərhad Hacıyev iştirakçılara uğurlar arzulayıb.
Kvizdə ümumilikdə 220 iştirakçı olmaqla 38 komanda iştirak edib. Yarışın yekununda birinci yerə “Əsas element” komandası layiq görülüb. İkinci yerin qalibi “Parlaq zəka”, üçüncü yerin sahibi isə “XX Factor” komandaları olub.
“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə təsis edilib. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı ilə təmin olunur və 20 min manatlıq mükafat qazanırlar. Beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən 2024-cü il dekabrın 18-də müvafiq Sərəncam imzalanıb.
XQ