“Yanğın təhlükəsizliyi” mövzusunda praktiki təlimlər keçirilib

post-img

Meşə və yaşıllıq ərazilərdə yanğın hadisələrinin qarşısının alınması məqsədilə Regional Meşə Təsərrüfatı Mərkəzlərinin, FHN-in Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşlarının, bələdiyyələrin, ictimaiyyət nümayəndələrinin və kənd sakinlərinin iştirakı ilə Sabirabad, Cəlilabad və Zaqatala rayonlarının meşə ərazilərində “Yanğın təhlükəsizliyi” mövzusunda təlimlər keçirilib.

Təlimlərdə meşə və yaşıllıq ərazilərdə baş verə biləcək yanğın hadisələrinə qarşı profilaktik tədbirlərin səmərəliliyinin artırılması, yanğınların qarşısının vaxtında alınması sahəsində birgə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti müzakirə edilib, yanğınların söndürülməsi metodları əyani olaraq göstərilib.









Sosial həyat