Kamran Əliyev: Heydər Əliyev suveren və hüquqi dövlət quruculuğunun memarıdır

post-img

Müasir Azərbaycanın hüquqi-siyasi dayaqları məhz Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xəttin nəticəsidir. 1995-ci ildə qəbul olunan Konstitusiya və prokurorluq orqanlarının yenidən qurulması bu siyasətin mühüm elementlərindəndir. Heydər Əliyev suveren və hüquqi dövlət quruculuğunun memarıdır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Xankəndidə “Heydər Əliyev və Suveren Azərbaycan” mövzusunda keçirilən konfransda deyib.

Kamran Əliyev tədbirin Xankəndi şəhərində keçirilməsinin xüsusi önəm daşıdığını vurğulayıb: “Bu konfrans suverenliyin tam bərpasının, hüquqi dövlət quruculuğunun və qanunun aliliyinin təcəssümüdür”.

Sosial həyat