Azərbaycanın Gürcüstandakı səfirliyi və AZEBİ 300-dən çox aztəminatlı ailəyə yardım edib

post-img

Azərbaycanın Gürcüstandakı səfirliyinin və Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) birgə təşəbbüsü və təşkilatçılığı ilə bu ölkədə yaşayan aztəminatlı ailələrə Ramazan sovqatı verilib.

AZƏRTAC xəbər verir ki, səfirliyin müşaviri Samir Əbdürəhimov, AZEBİ-nin idarə heyətinin sədri Nəriman Qurbanov və digər rəsmi şəxslər martın 27-də yardımı Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) Şeyxi Hacı Faiq Nəbiyev və müfti Etibar Eminova təhvil veriblər.

Bildirilib ki, əvvəlki illərdən fərli olaraq bu il Ramazan bayramı ilə əlaqədar yardımlar GMİ-nin xətti ilə lazımi ünvanlara çatdırılacaq.

Ümumlikdə 300-dən çox ailəyə müxtəlif ərzaq bağlamaları veriləcək.

Sosial həyat