Goranboy: Şəhid övladları ilə bayram tədbiri

post-img

Goranboy Rayon İcra Hakimiyyəti, Dövlət Qulluqçuları və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı rayon komitələrinin birgə təşkilatçılığı ilə  Goranboy rayon Olimpiya İdman Kompleksində Novruz və Ramazan bayramları münasibətilə şəhid övladları ilə birgə  bayram tədbiri keçirilmişdir. 
Tədbirdə iştirak edən rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev  şəhid övladlarını qarşıdan gələn bayramlar münasibətilə təbrik etmiş, onlarla birlikdə şənlənmiş, balacaların könlünü oxşamışdır.
Tədbirdə şəhid övladlarına bayram hədiyyələri təqdim olunmuş, musiqili, əyləncəli bədii proqram nümayiş etdirilmişdir.
 

    Hamlet Qasımov,
XQ-nin bölgə müxbiri, Goranboy.

















Sosial həyat