Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 və 2 saylı Uşaq evi sosial xidmət müəssisələrinin sakinləri olan uşaqlar üçün futbol dərslərinə başlanıb.
Agentliklə AFFA-nın əməkdaşlığı çərçivəsində bu idman dərsləri AFFA tərəfindən ayrılan məşqçilər tərəfindən həftədə iki dəfə həyata keçirilir.
Layihənin məqsədi uşaqlar arasında idmana və sağlam həyat tərzinə marağı təşviq etmək, uşaqlarda komanda ruhunu aşılamaq, onların sosial bacarıqlarını artırmaq və sosial reabilitasiyasına dəstək göstərməkdir.
Məşqlərdə müəssisə sakinlərinə futbol texnikası öyrədilməklə yanaşı, onların fiziki və zehni bacarıqlarının inkişaf etdirilməsinə də xüsusi diqqət yetirilir.
Məşqlərdə fərqlənən uşaqların gələcəkdə peşəkar futbola cəlb olunması nəzərdə tutulub.