Tərtərdə yaşıl aksiya

post-img

Tərtərdə Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib. Aksiyada rayon ictimaiyyətinin nümayəndələri, eləcə də çox sayda gənc fəallar və yeniyetmələr iştirak ediblər.

Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən aksiya zamanı Olimpiya İdman Kompleksinin qarşısında 200 ədəd Eldar şamı əkilib. Yeni əkilən ağaclar suvarılıb, mövcud ağacların dibi yumşaldılıb və yaşıllıqlara aqrotexniki qaydada qulluq göstərilib.

XQ

Sosial həyat