Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.
Məlumatı DİN mətbuat xidməti verib.
Sabunçu rayonu ərazisində keçirilən növbəti profilaktik tədbirlər nəticəsində Pirşağı qəsəbə sakini yaşadığı evin həyətində tapdığı 9 ədəd yararsız mərmini, 2 ədəd siqnal minasını, 1 ədəd rabitə qurğusunu, 7 ədəd patron darağını və 907 ədəd müxtəlif çaplı patronu könüllü olaraq polisə təhvil verib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
P.ƏMİRCANOV
XQ