Suraxanı rayonunda silsilə oğurluqlar edilməsi və nəticədə zərərçəkənlərə ümumilikdə 1500 manatdan artıq maddi zərər vurulması barədə polisə məlumat daxil olub.
Xəbəri DİN mətbuat xidməti yayıb.
Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 34 yaşlı İ.Məmmədov müəyyən olunaraq saxlanılıb. Ondan psixotrop maddə olan metamfetamin də aşkarlanaraq götürülüb.
Bundan başqa, Nizami rayonu ərazisində ayrı-ayrı şəxslərə məxsus akkumulyatorları oğurlamaqda şübhəli bilinən 28 yaşlı X.Nəbiyev və 25 yaşlı A.Cəlilovun saxlanılması da polis əməkdaşları tərəfindən təmin edilib.
Araşdırma aparılır.
P.ƏMİRCANOV
XQ