Nizami rayonu ərazisində bir nəfərin dələduzluğa məruz qalması barədə polisə məlumat daxil olub.
Məlumatı DİN mətbuat xidməti yayıb.
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin şəxsin əlavə gəlir qazanmaq adı ilə aldadılıb 21 min manatdan artıq pul vəsaitinin ələ keçirildiyi məlum olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 26 yaşlı A.Dilicani və 30 yaşlı T.Əliyev müəyyən edilərək saxlanılıblar.
Araşdırma aparılır.
P.ƏMİRCANOV
XQ