Qanunsuz saxlanılan silahlar götürülüb

post-img

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Məlumatı DİN mətbuat xidməti verib. 

Fevralın 6-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 11 avtomat silahı, 11 tüfəng, 11 patron darağı və 1925 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

P.ƏMİRCANOV
XQ

Sosial həyat