Naxçıvanda məhkumlar bələdiyyə seçkilərində səs veriblər

post-img

Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir. Seçkilərdə məhkum olan vətəndaşların da iştirakı təmin edilir.

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətindən XQ-ın bölgə müxbirinə bildirilib ki, Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində Babək-Şahbuz-Kəngərli 3 saylı seçki dairəsinin 3-60 saylı seçki məntəqəsində məhkumların səs verməsi üçün şərait yaradılıb. Cəza çəkən şəxslər sərbəst şəkildə səsvermə hüququndan istifadə ediblər.







Sosial həyat