Bir zaman burada nadir bir meşə zolağı uzanırdı
Bir vaxtlar təbiətsevərlər Zəngilandakı nadir çinar meşəsini ziyarət etməyi çox sevərdilər. Bir dəfə bu rayonda dərc olunan “Kənd həyatı” qəzetinin redaktoru, qocaman jurnalist Mürsəl Qocayev ilə birlikdə bura gələrək “Bakinskiy raboçiy” qəzeti üçün reportaj hazırlamışdım.
Yadımdadır, isti yay günü idi. Bəsinçayın ətrafı boyu səpələnən uca, azman çinarları görəndə çox heyrətlənmişdim. Aralarında elə iri gövdəli ağaclar vardı ki, bəlkə də onları yalnız 3-4 adam əl-ələ verib dövrələyə bilərdi. Ağaclar həm də çox hündür idilər.
Uca, qollu-budaqlı çinarların qalın, geniş çətirləri göyün üzərini tutsa da, Günəşin şüaları yarpaqların arasından süzülərək çayın büllur kimi təptəmiz sularında əks olunurdu. Ətraf sakit və təmiz idi. Hara boylanırdın, gül-çiçək, yamyaşıl otları görürdün. Bir yandan da quşlar öz şirin ləhcələrində elə hey ötürdülər... Bura Bəsitçay Dövlət Təbiət Qoruğu idi.
Xatırladaq ki, qoruq Azərbaycan hökumətinin 4 iyul 1974-cü il tarixli qərarı ilə Zəngilan rayonunda yaradılmışdır. Əsasən Bəsitçayın dərəsin[1]də yerləşir. Adı da buradan götürülüb. Məqsəd ərazinin landşaftını, xüsusilə nadir təbii çinar meşəliyini qorumaqdır.
Sahəsi cəmi 107 hektardır və ölkə üzrə qoruqların ən kiçiyidir. Meşə ilə örtülü sahənin əsas ağac növü Şərq çinarıdır. Qoruğun 100 hektarını məhz çinar meşələri tutur. Burada həm tə[1]miz, həm də qarışıq çinar meşəliyi yayılmışdır.
Qoruğun yerləşdiyi ərazi dəniz səviyyəsindən təqribən 600-800 metr hündürlükdədir. Bəsitçayın sağ sahili dik yamaclı dağlardan, sol sahili isə təpəliklərdən ibarətdir. Çay dərəsi boyunca ensiz allüvial (sel suların daşmasından sonra yaranan lilli çöküntülər–müəllif) düzənlik uzanır.
Buranın qışı quraq keçən mülayim-isti iqlim tipinə aiddir. Havanın orta illik temperaturu müsbət 13 dərəcə, illik yağıntının miqdarı 600 millimetrdir. Qeyd etmək lazımdır ki, ərazinin iqlim şəraiti çinar meşəliyi[1]nin təbii bərpası və inkişafı üçün çox əlverişlidir.
Qoruğun ətraf sahələrində qəhvəyi dağ-meşə torpaqları üstünlük təşkil edir. Çayın yatağı boyu və kiçik ter[1]raslardakı allüvial torpaqlar əsasən çinar meşələri altındadır. Burada daşlı-çınqıllı ərazilər də müəyyən sahələri tutur.
Çinar torpağa tələbkar olmadığından bu şəraitdə bitib inkişaf edə bilir. Bir çox yerlərdə torpağın altında göz yaşı kim dumduru bulaqlar qaynayır.
Dünyada çinarın 7 növü vardır. Azərbaycanda isə onun əsasən bir növü – Şərq çinarı mövcuddur. Şərq çinarının xüsusi əhəmiyyətini, dünya[1]da az yayılmasını, nadir bitki olmasını və son əsrlər ərzində xeyli azalmasını nəzərə alaraq, onun adı Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na salınmışdır.
Yeri gəlmişkən, qoruğun ərazisindəki qarışıq çinarlıqlarda qoz, dağdağan, tut, söyüd, qovaq və s. ağac növləri, yemişan, itburnu, murdarça, qaratikan, və s. kimi kollar yayılıb. Buradakı çinar ağaclarının orta yaşı 165 il, orta hündürlüyü 35 metr, orta diametri isə 1 metrdir.
Qoruğun ətrafında və daxilində canavar, çöl donuzu, porsuq, cüyür, dovşan və s. məməli heyvanlara, elə[1]cə də kəklik, turac, göyərçin və s. quşlara rast gəlmək mümkündür.
Məlumdur ki, Bəsitçay Dövlət Təbiət Qoruğu 27 il vəhşi erməni işğalı altında qalıb. Qoruğa aid olan 85 hektar meşə ilə örtülü sahənin 42 hektardan çox hissəsi tamamilə məhv edilib. Çox yaşlı qiymətli Şərq çinarı ağacları kəsilmiş, köklərinin itirilməsi üçün müxtəlif partladıcı maddələrdən istifadə edilmiş, ərazidə yanğınlar törədilmiş və qoruğun inzibati binası dağıdılmışdır.
Azərbaycan hökuməti, təbiət[1]sevərlər isə Bəsitçay Dövlət Təbiət Qoruğunun yaralarının sağaldılması üçün bütün zəruri işləri görür, meşələrin qırıldlığı sahələrdə yeni çinar tingləri əkilir, onlara lazımi qulluq göstərilir.
Hörmətli oxucu, yazının əvvəlin[1]də qeyd etmişdim ki, bir vaxtlar Zəngilanın çinar meşələrini ziyarət etmək istəyənlər çox olub. Bu gün buranı görmək arzusunda olanların sayı əvvəlkindən də çoxdur. Xoşbəxtlikdən, ərazidə bərpa işləri başa çatdıqdan sonra, ən yaxın həftələr, aylar ərzində bu, yenə mümkün olacaq.
M.HACIXANLI
XQ