Sarımsaq, zəncəfil, darçın, yaşıl çay = qurd dərmanı

post-img

Bəzən uşaqlarda qarın nahiyəsində sancılar olanda düşünmürük ki, onları narahat edən bağırsaqdakı parazitlərdir. Yaşı 3–12 arasında olan uşaqlarda qurd xəstəliklərinə tez-tez rast gəlinir.

Uşaq orqanizmində, eyni zamanda, bir neçə növ helmint (qurd) parazitlik edə bilər. Helmintlər uşağın immunitetinin azalmasına, allergiyalara, mədə-bağırsaq və sinir sisteminin pozulmasına səbəb olur. Uzun müddət müalicə olunmayanda fiziki və əqli inkişafını ləngidir.

Yalnız dərman vasitələri ilə deyil, eyni zamanda, bəzi xalq təbabəti üsulları ilə də parazitlərdən xilas olmaq mümkündür. Fitoterapevtlər orqanizmdə olan parazitləri aradan qaldıran təbii çay resepti təklif ediblər. Həmin çayı hazırlamaq üçün 1 diş sarımsaq, 1 dilim zəncəfil, yarım çay qaşığı darçın lazımdır. Hazırlanma qaydası ilə tanış olaq:

Balaca qazan götürüb zəncəfili və sarımsağı içinə doğrayın. Daha sonra darçın və bir stəkan təmiz su da əlavə edib qarışdırın. Su zəif odda qaynadıqdan sonra kənara çəkin.

Soyuması üçün 5 dəqiqə gözləyin. Soyuduqdan sonra zövqə görə bir qədər bal əlavə etmək olar. Bu çayı yeməkdən əvvəl gündə 2–3 dəfə içmək lazımdır. Cəmi 1 həftə sonra orqanizm qurdlardan təmizlənəcək.

Z.HÜSEYNLİ

XQ

Sosial həyat