Təyyarə qəzasında həyatını itirən qusarlı gənc dəfn olunub

post-img

Dekabrın 25-də “Azərbaycan Hava Yolları” QSC-yə məxsus təyyarənin Aktauda qəzaya uğraması nəticəsində həlak olan 19 yaşlı Xədicə Əlimirzəyeva Qusarın Suduroba kənd qəbiristanlığında dəfn olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dəfn mərasimində Qusar Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisələrin nümayəndələri, kənd sakinləri və mərhumun yaxınları iştirak ediblər.

Təyyarə qəzasında Xədicə ilə birlikdə onun qardaşı Əli də həyatını itirib.



Sosial həyat