Cənubi Koreya parlamentinin prezidentin səlahiyyətlərini icra edən Baş nazir Han Duk Su haqqında impiçment qərarından sonra dövlət başçısının səlahiyyətlərini müvəqqəti olaraq baş nazirin müavini, maliyyə naziri Çoy Sanq Mok icra edəcək.
AZƏRTAC xəbər verir ki, maliyyə nazirinin ofisi nazir Çoy Sanq Mokun Baş nazir və silahlı qüvvələrin qərargah rəisi ilə söhbətdən sonra hökumət üzvlərinə təlimatlar verəcəyini, habelə xalqa yazılı müraciət edəcəyini və Təhlükəsizlik Şurasının iclasını keçirəcəyini açıqlayıb.
Qeyd edək ki, dekabrın 27-də Cənubi Koreyanın əsas müxalif qüvvəsi olan Demokratiya Partiyasının təklifi ilə parlamentdə prezident səlahiyyətlərini müvəqqəti icra edən Baş nazir Han Duk Sunun impiçmenti səsə qoyularaq qəbul edilib. Hərbi vəziyyətin elanından sonra müxalifət dekabrın 14-də parlamentdə Prezident Yun Sok Yolun impiçmentinə nail olub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin